Nərgiz gülünün rəvayəti
Maraqlı ve Meslehetli 145

Nərgiz gülünün rəvayəti

Qoxusu və yaddaqalan gözəlliyi ilə yazın gəlişini qeyd edən çiçək növlərindən olan nərgizin hekayəsini öyrəndikdə onu yaddaşınızdan çıxara bilməyəcəksiniz.
Nərgiz bir çox çiçəklər kimi, mifoloji hekayəyə və Qədim Yunan Ədəbiyyatı ilə əlaqəli tarixə malikdir.
Rəvayətə görə, dünyanın ən gözəl və yaraşıqlı kişisi Nərgiz, Karaburuda yaşayır.
Qonşuluqda yaşayan bütün qızlar, hətta pərilər belə bu yaraşıqlı kişiyə aşiqdirlər.
Amma Nərgiz heç kimin sevgisinə qarşılıq vermir...
Nərgizlə üz-üzə gələ bilməyən pərilərdən biri Zevsə yalvarır və Nərgizin cəzalandırılmasını tələb edir.
Zevs pərinin bu istəyini qəbul edir və deyir: "Kim başqalarını sevmirsə, özünü sevsin".
Bir gün gözəl insan Nərgiz, su içmək üçün gölün üstündə əyilərkən özünü suyun içində görür və özünə aşiq olur.
Özü öz eşqinə qarşı dura bilmir və özünə baxarkən düşdüyü göldə boğularaq ölür.
Nərgizə aşiq pərilər sevdikləri yaraşıqlı kişini sudan çıxarıb basdırmağı düşünərkən, heç tanımadıqları, görmədikləri bir çiçək sudan çıxmağa başlayır.

Son xəbərlər