Duzlu kələm suyu arıqladır?
Maraqlı ve Meslehetli 236

Duzlu kələm suyu arıqladır?

Arıqlamaq, formada qalmaq bir çoxlarının arzusudur. Bunun üçün müxtəlif vasitələr, qidalar və içkilər var.
"Medicina" xəbər verir ki, bədəndə yağ yandırmaq və arıqlamaq üçün ən faydalı içkilərdən biri duzlu kələm suyudur.
Diyetoloq Muxinanın sözlərinə görə, duzlu kələm suyu çox effektiv vasitədir.
Faydalı bakteriyalar və vitaminlər sayəsində bu fermentləşdirilmiş məhsul maddələr mübadiləsini, immuniteti yaxşılaşdırır.
Tərkibində çoxlu miqdarda antioksidant var. Şirənin tərkibində olan C vitamini metabolik prosesləri aktivləşdirir
Arıqlamaq istəyənlər qatqısız qəhvə və ya kakaodan da faydalanacaqlar. Bu içkiləri içmək iştahı azaldır.
Eləcə də zirinc içkisinin yağ yandırmasını aktivləşdirmək və maddələr mübadiləsini sürətləndirmək qabiliyyəti var.
Zirincin tərkibindəki spesifik alkaloid sayəsində qlükoza səviyyəsini normallaşdırmağa kömək edir, qanda onun kəskin dalğalanmasının qarşısını alır.
Bundan əlavə, zərdəçalı adi suya əlavə edilə bilər - antioksidant və soyuqdəyməyə qarşı təsiri olan bir metabolizma içkisi alırsınız.

Son xəbərlər