Reyhanın bilmədiyimiz 9 FAYDASI
Sağlam ol 879

Reyhanın bilmədiyimiz 9 FAYDASI

Reyhanın bilmədiyimiz 9 FAYDASI


Süfrələrin bəzəyi olan reyhan bitkisinin Azərbaycan mətbəxində öz yeri var. Çox hallarda göyərti kimi yeməklərin yanında və ya salatların, yeməklərin tərkibinə vurulan bu bitki ədviyyat olmaqla yanaşı həmdə bir çox dərin də dərmanıdır.

MAY.AZ medicina.az-a istinadən reyhanın yeyilməkdən başqa daha hansı işlərə yaraya biləcəyini açıqlayır:

1. Reyhan qışda və eləcə də yayda orqanizm üçün çox vacib olan ümumi tonusu artırır.

2. Həzmi sürətləndirir. Qidanın tez həzm olunmasına şərait yaradır.

3. Vanna şəklində reyhan bitkisi sakitləşdirici təsirə malikdir.

4. Dəmləməsini öskürək zamanı içmək faydalıdır. Baş ağrısı və sidik yollarının iltihabı zamanı da istifadə edilir.

5. Reyhanın efir yağı bakterisid (bakteriya əleyhinə) təsirə malikdir.

6. Sinir xəstəlikləri zamanı reyhan çayı yaxşı təsir göstərir. 1 x/q xırdalanmış reyhanı 1 st qaynar suya tökün və 5-10 dəqiqə qaynadın. 3 dəqiqə saxlayın. Gündə 4 dəfə yeməkdən əvvəl 4/1 st qəbul edin.

7. Bu çay həm də qusmanın və ürəkbulanmanın qarşısını alır.

8. Hind farmaseftləri sübut ediblər ki, reyhan xərçəngin əsas yaranma səbəblərindən olan sərbəst radikalları orqanizmdən çıxararaq onu qoruyur.

9. Bir neçə quru reyhan budağını paltar şkafına yerləşdirsəniz o zaman pis qoxunun və geyimlərə güvə düşməsinin qarşısını alacaq.

Son xəbərlər