Oruc tutanlar nə qədər su içməlidir? Bu qidaları yeməyin!
İslam 650

Oruc tutanlar nə qədər su içməlidir? Bu qidaları yeməyin!

Oruc tutarkən düzgün su istehlakı bədənin maye balansını qoruyarkən gün ərzində susuzluğunun qarşısını alır. Bəs, sahur və iftarda nə qədər su istehlak edilməlidir?
Lent.az xəbər verir ki, mütəxəssislər sahurla iftar arasında ən azı 2,5 litr su içməyi tövsiyə edir. Ramazan ayında orqanizmin mayeyə ehtiyacı artdığından su istehlakı gündəlik miqdardan çox olmalıdır.
Sahur və iftar arasında istehlak edilən su maddələr mübadiləsini sürətləndirir, oruc zamanı zəiflik və yorğunluğun qarşısını alır. Su eyni zamanda, bədəndəki maye tarazlığını qoruduğu üçün daha sağlam bir oruc tutma prosesi yaşanır.
Təbii ki, su istehlakını artırmağın başqa yolları da var. Bunlardan birincisi suda yüksək qidalar istehlak etməkdir. Bu qida maddələri demək olar ki, sudan ibarət olduğu üçün bədənə itirilmiş mayenin yerini doldurmağa kömək edir.
Başqa bir yol çay, qəhvə, limonad, qazlı içkilər kimi mayeləri məhdudlaşdırmaqdır. Bu içkilərin tərkibindəki su miqdarı əsl mənada su istehlakı sayıla bilməz və orqanizmin daha çox su itirməsinə səbəb olacaq.
Qaçınılması lazım olan bəzi qidalar da var. Ramazanda ədviyyatlı, duzlu və yağlı qidalar qəbul edilməməlidir, çünki onlar orqanizmdə su itkisinə səbəb olur.

Son xəbərlər