Пятница
мар 24

Bərdədə sürücü piyadanı vuraraq öldürdü

Bərdə rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
MAY.AZ report-a istinadən xəbər verir ki, martın 22-də 1994-cü il təvəllüdlü İsmayıl Ərşadlı idarə etdiyi "Khazar SD" minik markalı avtomobillə rayonun Alpoud kəndindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən yolun 8-ci kilometrliyində öz hərəkət zolağında piyada, Bərdə rayonu, Yeni Əyricə kənd sakini, 1997-ci il təvəllüdlü İsrayıl Əmirovu vurub.
Xəsarət alan İ.Əmirov Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. O, martın 23-də həmin xəstəxanada ölüb.
Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Комментарии (0)

Оставить комментарий