04
января
2023
18:12
Son dövrün məşhur saç trendi: Co-Washing
Hər kəsin ortaq nöqtələrindən biri olan saç baxımı günü-gündən inkişaf edir və dəyişir. Bunlardan biri saçları yuyarkən şampun əvəzinə kremdən istifadə etmək mənasını verən "Co-Washing" trendidir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, saça qulluqda yeni trendlərdən olan "Co-Washing" texnikası saçları yuyarkən şampun yerinə kremdən istifadə etmək deməkdir.
Bir növ abbreviatura kimi "co-washing" istifadə olunur. Trendin əsl adı kremlə yuyulma deməkdir.
Bu trendi tətbiq edərkən diqqət edilməli olan ən vacib məqam, seçdiyiniz saç kreminin tərkibində silikon olmamasıdır. Tərkibində kimyəvi tərkibli olmayan saç kremlərindən istifadə, xüsusilə qıvrım saçlı insanlar üçün xilaskar ola bilər.
Digər mühüm hissəsi də saçınızı yumşaq bir şəkildə masaj etməkdir.
"Co-washing" üsulundan istifadə etdikdən sonra saçınızın təbii formasına zərər verə biləcək daraq və dəsmal kimi məhsullardan çəkinməlisiniz.
Necə tətbiq edilir?
Saçınızı islatdıqdan sonra saç kremini az miqdarda götürün və şampunlayarkən etdiyiniz kimi barmaq uclarınızla bütün baş dərinizə masaj edərək yumşaq bir şəkildə ovuşdurun. Sonra, barmaqlarınızla və ya geniş dişli daraqla dolaşıqları diqqətlə açın, kremi saçınızın uzunluğu boyunca yayın.