Prezident Ərdoğandan zəlzələ ilə bağlı açıqlama - Video
Xeberler 200

Prezident Ərdoğandan zəlzələ ilə bağlı açıqlama - Video

Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib.

Bizimyol.info xəbər verir ki, Ərdoğanın açıqlamasında bütün müvafiq qurumlrın hadisə herlərinə cəlb edildiyini bildirib: "Dövlətimiz zəlzələdən sonra dərhal hərəkətə keçib, vilayət rəhərlikləri bütün imkanlarını səfərbər edib. Zəlzələdən zərər çəkmiş 10 vilayət başısı ilə birlikdə çalışacaq daha 10 vali təyin edilib. AFAD və digər qurumlar öz qruplarını harisə yerinə göndərib. Türkiyə Silahlı Qüvvələri və fəlakət araşdırmalarında infrastrukturu olan bələdiyyələrimiz növbəyə çağırılıb",- deyə prezident qeyd edib.
Ərdogan bildirib ki, axtarış-xilasetmə işlərinə daha çox üstünlük verilir: "Axtarış-xilasetmə işlərinə 9 min insan cəlb edilib, onlar vəzifələrini yerinə yetirir və bu sayı durmadan artır. Zəlzələnin ziyan vurduğu vilayətlərimizdə uçan binalar altında qalan vətəndaşlarımız üçün xilasetmə işləri sürətlə və ehtiyyatla davam edir", - deyə o qeyd edib.
"Nazirlərimiz zəlzələ bölgəsindəki şəhərlərimizə gedib işləri koordinasiya etməyə başladılar. Ölkəmizin hər yerindən zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları və texnikası göndərilib və onlar yola salınır. AFAD-ın etdiyi plana əsasən, vətəndaşlarımız da axtarış-xilasetmə və yardım qruplarına köməklik göstərirlər. Hər kəs çox çalışaraq mümkün olan ən sürətli refleksi verdi.
912 vətəndaşımız həyatını itirib, 5385 vətəndaşımız yaralanıb. Dağıntılar altından 2 min 470 nəfər xilas edilib. 2 min 818 bina dağıdılıb.
AFAD-ın koordinasiyası xaricindən bölgəyə göndərilən yardımlar xaosa səbəb olur və onları hadisə zonasına çatdırmaq çətinləşir. Beynəlxalq yardım üçün əlaqələr qurulmağa başlayıb. NATO və Aİ-dən başqa, 45 ölkədən yardım təklifləri daxil olub.
Ölkə və millət olaraq bu faciəli günləri birlik, həmrəylik içində geridə qoyacağıq. Bu gün 85 milyon tək ürəyin günüdür", - dövlət başçısı bildirib.
Qadir, Bizimyol.info

Oxşar xəbərlər

Son xəbərlər