03
ноября
2018
13:46
ŞOK! Qızını kişilərlə cinsi əlaqədə olmağa məcbur edən ana və xala... - FOTO
Qarsın Kağızman qəsəbəsində anası və xalası tərəfindən kişilərlə pul qarşılığında cinsi əlaqədə olmağa məcbur edilən əqli qüsurlu 22 yaşlı D.İ. hamilə qalıb.
MAY.AZ milli.az-a istinadən xəbər verir ki, gənc qız tez-tez baş verən qarın ağrısına görə xəstəxanada müayinədən keçərkən 20 həftəlik hamilə olduğu ortaya çıxıb.
Qızın ondan hamilə qaldığı iddia edilən Fethi A. mağaza sahibidir.
Polis istintaqı çərçivəsində ana Songül İ. ilə xalası Emine İ.-nin, D.İ.-ya xəstəliyindən istifadə edərək fahişəliyə məcbur etdikləri ortaya çıxıb.
D.İ. ifadəsi zamanı xalasının onu "təmizlik işləri" adı ilə kişilərlə görüşə apardığını deyib. Saxlanılan ana və xala günahlarını etiraf edərək qızı yatağa saldıqları şəxslərin adlarını da açıqlayıblar.