26
октября
2018
18:11
"Ay Allah, sən onu mənə çox görmə..." - Xatirə mayor əri haqda
Müğənni Xatirə İslam həyat yoldaşından danışarkən kövrəlib.
MAY.AZ xəbər verir ki, xanım ifaçı həyat yoldaşının ona çox kömək etdiyini dilə gətirib:
“İnanın ki, mən 5 yaşlı oğlumla bacara bilmirəm. Sözümə baxmır. Yemək yeyəndə, dərsləri ilə məşğul olanda məni çox incidir. Atasıyla yaxşı yola gedir. Dünən Fəxrəddin futbolda idi. Onda başa düşdüm ki, yaxşı ki o var. Allah onu mənə çox görməsin”.
Qeyd edək ki, Xatirənin həyat yoldaşı Fəxrəddin Musazadə mayordur.
Ruida M.