02
июля
2018
19:14
Boşandığını açıqlayan Sevda Sanalıyeva əri ilə barışdı - FOTO
"İnsan budrəyə-büdrəyə bərkiyir. Əsas odur ki, Allah hər kəsin ürəyinə görə versin".
Bu sözləri həyat yoldaşından boşanan Sevda Sanalıyeva deyib.
Ötən həftə həyat yoldaşı Cəmildən ayrıldığını təsdiqləyən müğənni ifaçı BAKU.WS-ə açıqlamasında həyat yoldaşı ilə barışdığını etiraf edib:
"İki gün ayrı qaldıq. Nə mən, nə uşaqlar onsuz qala bildik, nə də o bizsiz. Barışdıq".
Sanalıyeva çətin günlərində onu dəstəkləyən dostlarına təşəkkür edib: "Mənim üçün narahat olan, məimlə bir pis olan və çətin günümdə məi heç yada salmayan, üstəlik sevinələrə də minnətdaram. Bunu görməyim yaxşı oldu. Şükür, Günəş yenidən çıxdı. Bu günlərimdə məni nə qədər çox sevdiyinizi bildim. Çox sağ olun. Yaxşı ki varsız!"
Artıq bir neçə gündür ki, Sevda sosial şəbəkədə pozitiv paylaşımları ilə diqqət çəkir. İzləyicilərindən çoxsaylı məktublar aldığını deyən ifaçı belə yazıb: "Sən saydığını say,gör fələk nə sayır".
Xatırladaq ki, S.Sanalıyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutmuşdu. Elə həmin ilin sentyabrında sənətçi 3 aylıq hamilə olduğunu açıqlamışdı. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə keçən ilin avqustunda doğulub.
Zülfiyyə Qurbanova