18
октября
2018
18:25
ABŞ-da dəhşət — Babasının külündən şirniyyat bişirib dostlarını qonaq etdi
ABŞ-ın Sakramento şəhərindəki bir məktəbdə dəhşətli hadisə qeydə alınıb.
MAY.AZ ölkə.az-a istinadən xəbər verir ki, bir qız şagird öldükdən sonra yandırılan babasının külündən istifadə edərək şirniyyat hazırlayıb və onu sinif yoldaşlarına yedizdirib.
“BMF TV”nin xəbərinə əsasən, Endi Knoks adlı şagird qızın ona “Xüsusi hazırlanmış şirniyyatın dadına baxarsanmı” deyə soruşub. Endi isə şirniyyatın içində narkotik maddə olduğunu düşündüyünü üçün təklifi qəbul edib. Knoks peçenyeni yedikdən sonra fərqli bir şey olduğunu anladığını, qızın isə gülərək ölmüş babasının külündən hazırlandığını söylədiyini bildirib.
Polis işçisi isə istintaq nəticəsində peçenyenin həqiqətən də insan külündən hazırlandığını bildirib. Amma şagirdə qarşı hansısa bir ittiham irəli sürmək mümkün deyil. Baş verən hadisə heç kəsin sağlamlığını riskə atmadığı üçün problemin həlli məktəb rəhbərliyinə həvalə olunub.