03
декабря
2017
11:56
Bakıda avtobus sürücüsü yolun ortasında "ruçnoy" çəkdi (VİDEO)
Bakıda metronun 20 yanvar stansiyasından Abşeron rayonu Pirəkəşkül qəsəbəsi istiqamətinə hərəkət edən 114 saylı marşurt avtobusunun sürücüsü "Yol hərəkəti qaydaları"nı kobud şəkildə pozub. Belə ki, sürücü yüksək sürətlə hərəkət edərək yolda avtobusu yerində fırladıb.
Kadrlardan aydın olur ki, avtobusun içərisində sərnişin yoxdur. Hadisənin isə Bakı- Pirəkəşkül yolunda qeydə alındığı bildirilir. Sürücü yolda digər avtomobillərin gəlməməyindən istifadə edərək "avtoşluq" edir. Nəticədə həm özünün, həm də digər nəqliyyat vasitələri üçün təhlükə yaradır.
Məsələni araşdırmaq üçün üz tutuduq həmin marşrut xəttinin fəaliyyət göstərdiyi metronun 20 yanvar stansiyası ətrafındakı dayanacağa. Məlum oldu ki,114 saylı marşrut xətti "Xaliq Faiqoğlu" şirkətinə məxsusdur. Şirkətin əməkdaşı Tofiq Rəhimov bildirdi ki, həmin hadisə bir müddət əvvəl vaş verib. Həmin avtobusu isə Qulu adında bir sürücü idarə edirmiş. Məsələ şirkətdə araşdırılaraq sürücü və xəttə nəzarət edən şəxs barəsində ciddi qərar qəbul olunub.
Yol polisindən isə bildirildi ki, məsələ araşdırlacaq və qanuna uyğun şəkildə sürücü cəzalandırlacaq. Onu İnzibati Xətalar Məcəlləsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə və işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs gözləyir.