12
сентября
2018
12:20
Paşinyan qadın bərbəri özünə müşavir təyin etdi
Ermənistanın baş naziri Nikol Paşinyan bərbər Sofya Navasardyanı özünə müşavir təyin edib.
MAY.AZ milli.az-a istinadən bildirir ki, N.Paşinyan və onun arvadı Anna Hakopyan bərbər-stilist S.Navasardyanın "əlahiddə" müştəriləridir.
Təyinatı baş nazirin mətbuat xidmətinin rəhbəri Arman Yeqoyan təsdiqləyib: "Baş nazirin qərarı gözlənilən və məntiqidir. Rəsmi səfərlər zamanı baş nazirin imici ilə məşğul olacaq stilistə ehtiyacımız vardı. Sofya Navasardyan əvvəlki işi ilə məşğul olacaq. Amma indi baş nazirin müşaviri qismində. Heç nə dəyişməyib, o, yenə baş nazirin saçlarını və üzünü qırxacaq".