Aktrisanın şikayətinə Qusar rayon İcra Hakimiyyətindən cavab: "Əsassızdır… "
Xeberler 616

Aktrisanın şikayətinə Qusar rayon İcra Hakimiyyətindən cavab: "Əsassızdır… "

Aktrisanın şikayətinə Qusar rayon İcra Hakimiyyətindən cavab: "Əsassızdır… "


Aktrisa Camilya Tağızadənin şikayəti əsasında Qusar rayon Şirvanlı kəndində su probleminin olması barədə xəbər dərc etmişdik. O qeyd etmişdi ki, Türkiyədən gələr-gəlməz doğma Şirvanlı kəndinə getdim. Şahid oldum ki, kəndimizə doğru-düzgün su verilmir, su olan yerlər isə yalnız bələdiyyə işçilərinin yaşadığı yerlərdir.

Şikayətlə əlaqədar bizimyol.info Qusar rayon İcra Hakimiyyətinə informasiya sorğusu göndərib. İcra hakimiyyətindən sorğuya verilən cavaba görə, vətəndaşın şikayəti əsassızdır, Şirvanovka kəndi su təchizatı ilə tam təmin olunur .

“Saytınıza aktrisa Cəmilə Tağızadənin adından daxil olmuş və Qusar rayon İcra Hakimiyyətinin elektron ünvanına göndərilmiş Şirvanovka kəndində əhalinin susuzluqdan əziyyət çəkməsi barəsindəki müraciətlə əlaqədar bildiririk ki, vətəndaşın şikayəti əsassızdır, belə ki, Şirvanovka kəndi su təchizatı ilə tam təmin olunur . Lakin, sözügedən ünvan yeni məhəllə sayılır, həmin əraziyə su xəttinin çəkilməsi gündəmdədir və yaxın gələcəkdə su ilə təmin olunacaqdır.”

Son xəbərlər