15
августа
2018
20:53
Ərdoğan Trampa QALİB GƏLDİ: dollar sürətlə düşür
Türkiyədə dollara qarşı milli səfərbərliyin elan edilməsi müsbət nəticələrə səbəb olub.
İstanbul sərbəst birjasında bu gün dollar 6,3080 lirədən, avro 7,1520 lirədən başlayıb.
Milli səfərbərliyin elan edilməsi nəticəsində dollar 5,95 lirəyə, avro 6,22 lirəyə düşüb.
Qeyd edək ki, ABŞ-ın iqtisadi hücumundan sonra Türkiyədə lirə sürətlə ucuzlaşmağa başlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xalqa dollar və avrolarını lirəyə dəyişdirmək çağırışı edib. Bundan sonra dollara qarşı milli səfərbərlik başlayıb.