Enerji şəbəkəsinə qoşulma haqqı dəqiqləşdi - VİDEO
Xeberler 721

Enerji şəbəkəsinə qoşulma haqqı dəqiqləşdi - VİDEO

Enerji şəbəkəsinə qoşulma haqqı dəqiqləşdi - VİDEO


Məişət abonentlərinin elektrik enerjisi şəbəkəsinə qoşulması üçün Nazirlər Kabineti yeni qaydaları təsdiqləyib.

Xezerxeber.az-ın məlumatına görə, fərdi ev və obyektə sahib olan şəxslər 20 kilovata qədər elektrik enerjisi olan şəbəkəyə qoşulmaq üçün nə qədər vəsait ödəməli olduqları müəyyənləşib. Belə ki, 5 kilovata qədər olan enerji üçün nisbətən az, 5 kilovatdan yuxarı isə daha yüksək məbləğ ödənilməlidir.

Bu qayda, əgər abonentlər elektrik təchizatı şəbəkələrinə 400 metr məsafədə yerləşirsə keçərlidir. Daha uzaq məsəfələr üçün abonentlərdən əlavə vəsait tələb oluna bilər.

"Azərişıq" ASC-nin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, elektrik şəbəkəsinə qoşulmada konkret məbləğ və enerji göstəricilərinin göstərilməsi, eyni zamanda, bu vəsaitlərin qurumun elektron hesabına köçürülməsi, şəffaflığın təminatında böyük rol oynayacaq.

Yaşayış binalarında vətəndaşların elektrik şəbəkəsinə qoşulması zamanı isə sakinlərdən heç bir vəsait tələb olunmayacaq. Bütün ödənişləri Mənzil-Tikinti Kooperativləri qanun çərçivəsində ödəməli və elektrik enerjisinin verilməsi ilə orda yaşayan sakinləri tam təmin etməlidirlər.

Qeyd edək ki, elektrik enerjisinə qoşulmanı təmin etmək üçün sifarişçilər "Asan Kommunal" mərkəzləri, bu mərkəzlər olmayan yerdə isə "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə ən geci 24 gün ərzində evlərini və ya obyektlərini elektriklə təmin edə biləcəklər. Yeni qaydalar baş nazirin imzası ilə edilən son dəyişikliklərə əsasən qüvvəyə minib.

Oxşar xəbərlər

Son xəbərlər