Çökən yol bərpa edildi
Xeberler 671

Çökən yol bərpa edildi

Çökən yol bərpa edildi


Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsinin bərpası aparılaraq yekunlaşdırılıb.

MAY.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, müvəqqəti alternativ yol artıq sürücülərin istifadəsinə verilib.
Müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın 2 mərtəbəli zirzəmisinun mərtəbələrarası hissəsi sökülüb. Əks-dolğu işləri aparılıb. Yeni yol yatağl və yol əsası inşa edilərək, asfaltlanma işləri görülüb.

Qeyd edək ki, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.

Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.

Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası sındığından müvəqqəti yolda çökmə baş verib.

Xatırladaq ki, çökmə qeydə alınan hissə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.

Son xəbərlər