Воскресенье
июл 22

Paytaxt bazarlarında xiyar bahalaşdı

Paytaxt bazarlarında xiyar bahalaşdı


Yay aylarında süfrələrin əsas təamı olan xiyarın qiyməti qalxıb.

Paytaxt bazarlarında xiyarın qiyməti 80-90 qəpik arasında dəyişir.

Bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir.

Satıcıların sözlərin görə, mövsümün əvvəlində xiyarın qiyməti 50-70 qəpik idi. Hazırda ən çox yelpənək bahalaşıb - 0,9-1 manata yüksəlib:

“Bir ay əvvəl xiyarı fermerlərdən 40 qəpikdən alırdıqsa, artıq 50-60 qəpikdən alırıq”.

Xiyarın bahalaşmasına səbəb kimi isə məhsulun azlığı göstərilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay xiyarın qiymətində ucuzlaşma qeydə alıb.(oxu)

Комментарии (0)

Оставить комментарий