Qorxunc virusu yenidən alovlana bilər - XƏBƏRDARLIQ
Xeberler 670

Qorxunc virusu yenidən alovlana bilər - XƏBƏRDARLIQ

Qorxunc virusu yenidən alovlana bilər - XƏBƏRDARLIQ


Qlobal İİV virusu yenidən alovlana bilər.

MAY.AZ publika.az-a istinadən xəbər verir ki, “Lancet” jurnalında yayımlanan yazıda mütəxəssislər bunun İİV-lə mübarizəyə vəsait ayrılması barədə qərarların təxirə salınması ilə əsaslandırıblar.

Bunun da QİÇS xəstəliyi ilə bağlı mübarizə tədbirlərinin effektsiz olduğu bildirilir.

Hesabatda İİV-lə təhlükəsinin 2030-cu ildə sona çatması ilə bağlı proqnozun özünü doğrultmayacağı vurğulanır. Məlumata görə, ümumilikdə İİV-ə yoluxanların sayında son illərdə azalma qeydə alınır. Lakin müalicə imkanları, xüsusən inkişaf etməkdə olan ölkələrdə qadınlar və gənclər arasında virusun yayılmasının qarşısını alınmasında çətinliklər yaşanır. Mütəxəssislər buna görə də səhiyyə xidməti göstərən əməkdaşların birliyinin və bu sahəyə daha çox cəlb edilmələrinin vacib olduğunu deyir.

Dünyada təxminən 37 milyon İİV daşıyıcısı və ya QİÇS xəstəsi var. Hər il təxminən 1.8 milyon nəfər bu virusa yoluxur.

Son xəbərlər