19
июля
2018
13:51
Gəncə hadisələrinə görə saxlanılanların müdafiəsinə vəkillər cəlb olundu
Gəncə hadisələri ilə bağlı saxlanılan şəxslərin müdafiəsi üçün ətraf rayonlardan vəkillər cəlb olunub.
MAY.AZ apa-ya istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
A. Bağırov bildirib ki, Gəncə hadisələri zamanı vəkillər dövlətçilik mövqeyindən çıxış edib, bu hadisələri pisləyiblər: "Ancaq istənilən şəxs hüquqi müdafiə ilə təmin olunmalıdır. Gəncə hadisələri ilə bağlı saxlanılanların sayı o şəhərdəki vəkillərin sayından çoxdur. Ona görə də, həmin şəxslərin müdafiəsinə ətraf rayonlardan da vəkillər cəlb olunub".