Orqanizm üçün ən faydalı şorba açıqlandı
Maraqlı ve Meslehetli 195

Orqanizm üçün ən faydalı şorba açıqlandı

Yağsız ət bulyonundan hazırlanmış şorba daha faydalı yemək sayılır.
BiG.AZ rus mətbuatına istinadən xəbər verir ki, bunu diyetoloq Yelena Solomatina deyib.
Mütəxəssisin fikrincə, əgər quş, balıq, dovşan yaxud mal əti mağazadan alınıbsa şorba iki cür bulyondan hazırlanmalıdır.
"Birinci bulyonu tökürük və şorbanı artıq ikinci bulyonda bişiririk" - deyə o, izah edib.
Diyetoloq əlavə edib ki, yağsız bulyonda bişirilmiş yeməklər qədər püre-şorbası da orqanizm üçün çox xeyirlidir. Bundan başqa, qaspaço yaxud okroşka kimi soyuq vegeterian şorbalar da sağlamlığa müsbət təsir göstərir. Lakin bir çoxları bu qidaları dad seçimlərinə görə bəyənmirlər.
Diyetoloq xəbərdarlıq edib ki, mədə səhərlər sulu yemək qəbul etmir və buna görə də bişmiş yeməkləri səhər yeməyindən çıxarmaq lazımdır.

Son xəbərlər