19
июля
2018
11:33
Kondisionerlər insanlara ölüm gətirir
Kondisionerlərdən istifadə edilməsi insanları vaxtından əvvəl ölüm təhlükəsi ilə qarşı-qarşıya qoya bilər.
MAY.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə Viskonsinsk Universitetinin alimləri bildirib.
Məlumata görə, qlobal istiləşmə səbəbi ilə insanlar getdikcə kondisionerlərdən daha çox istifadə etməyə başlayacaqlar. Bunun nəticəsində isə çirklənmiş havanın səviyyəsi yüksələcək və bu da ölüm riskini artıracaq.
Soyutma sistemləri energetika sahəsində yüklənməni artıracaq. Bu da öz növbəsində atmosferə daha çox aerozol və qazların buraxılmasına səbəb olacaq.
Məlum olduğu kimi, temperaturun 3.5 dərəcə yüksəlməsi halında insanlara 30 faiz daha artıq elektrik enerjisi lazım olacaq. Kompüter modelləşdirməsi göstərir ki, ABŞ-da 2050-ci ildə artıq enerji istifadəsi illik 600 nəfərin ölümünə səbəb olacaq. Bu problemin fəsadlarından qaçmağın yeganə yolu isə bərpa oluna bilən enerji resurslarından istifadə etmək ola bilər.