"8 aydır o qadınla yaşayıram" - Aqil M.Quliyev şəxsi həyatındakı bütün gizlinləri açdı
Şou-biznes 760

"8 aydır o qadınla yaşayıram" - Aqil M.Quliyev şəxsi həyatındakı bütün gizlinləri açdı

"8 aydır o qadınla yaşayıram" - Aqil M.Quliyev şəxsi həyatındakı bütün gizlinləri açdı


“Gizlətməyəcəm, 8 aydır bir qadınla oturub-dururam. Həyatımda heç vaxt belə şey olmamışdı. Həyatımdakı bəzi şeyləri sadələşdirmişəm. Çalışıram heç kimə yalan danışmayım”.

Axşam.az-ın məlumatına görə, bu sözləri rejissor Aqil M.Quliyev Nail Naiboğlunun “Stop” verilişində deyib. Şəxsi həyatından söz açan Aqil birlikdə yaşadığı xanımdan danışıb:

“Qadınla çoxdan tanış idik. Qardaşım dünyasını dəyişəndən sonra zəng vurdu ki, təsəlli vermək istəyirəm. Görüşdük, kofe içdik və o gündən bir yerdəyik”.

Rejissor “Əvvəl deyirdin ki, bir insanla uzun müddət bir yerdə qala bilmərəm. Valideynlərimdən belə yoruluram” sözlərinə belə cavab verib:

“İstisnasını indi gördüm. Yəqin əsl sevgini gördüm. Sevginin bir neçə növünü yaşamışam. Məşhur qadını sevirsənsə, orada şöhrətpərəstlik var. Bu insanla bir yerdə oturub, televizora baxıb rahatlanırsansa, başqadır”.

Aqil haqqında deyilən “Şou-biznesdəki qadınların əksəriyyəti ilə eşq yaşayıb” fikirlərinə aydınlıq gətirib:

“Yox, o qədər də deyil. Mələk olmamışam, amma 3-4 il davam edən münasibətlərim olub. Danışılanlar şişirdilmiş formadadır. Qadını yalançı vədlərlə ələ almamışam. Ehtiyacım olmayıb ki, kiməsə “alacam” vədi verim ki, mənimlə oturub dursun.

Günahlarım çoxdur. Əksəriyyətini də zina edərkən qazanmışam. Məndən varlı qadınlardan qaçmağa çalışmışam. Qadından 5 manat pul götürsən, ayağı yer alır. Bahalı hədiyyələr çox olub, onun arxasında əziyyət çəkmişəm. Kişi bağışlaya bilir, amma qadın yox”.

Oxşar xəbərlər

Son xəbərlər