Воскресенье
ноя 06

Türkiyədə mədəndə partlayış olub, yaralananlar var

Türkiyənin Zonquldağ əyalətinin Kilimli rayonunda daş kömür mədənində baş verən partlayışda 4 işçi yaralanıb.
Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.
Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə xilasetmə qrupu, polis, tibb işçiləri, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) əməkdaşları cəlb olunub.
Partlayışın başvermə səbəbi açıqlanmır.

Комментарии (0)

Оставить комментарий