Ermənistan rəsmilərinin övladlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsi hansı məqsəd daşıyır?
Xeberler 708

Ermənistan rəsmilərinin övladlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsi hansı məqsəd daşıyır?

Ermənistan rəsmilərinin övladlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsi hansı məqsəd daşıyır?


Xəbər verdiyimiz kimi, Ermənistanın yeni baş naziri Nikol Paşinyan öz oğlu Aşot Paşinyanı Qarabağa hərbi xidmətə göndərib. Dünən də Ermənistan müdafiə naziri David Tonoyan oğlu Edqar Tonoyanı hərbi xidmətə yollanıb. Onun Qarabağda xidmət edəcəyi bildirilir. Ermənistan rəsmilərinin övladlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsi hansı məqsəd daşıyır?

Ermənistan rəsmilərinin övladlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsi hansı məqsəd daşıyır?


Bununla bağlı MAY.AZ-a açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə gəldikdən bəri Qarabağ konfliktinin həlli prosesinə zərbə vura biləcək açıqlamalar verməkdədədir:

“Onun öz oğlunu Azərbaycanın işğal olunmuş ərazilərinə hərbi xidmət çəkmək üçün göndərməsi bir başa işğal faktorunu təsdiqləmək və sülhə hazır olmamaq mənasını verirdi. Bu, həmçinin bununla erməni məmurlarının öz oğlanlarını Qarabağa göndərməsi üçün atılan addım idi. Daxili auditoriyaya hesablanan gedişlərdir. Erməni məmurları öz övladlarını işğal olunmuş ərazilərə göndərməklə, demək olar ki, faktiki münaqişənin alovlandırılmasına xidmət edirlər. Onsuz da Paşinyanın bu addımı heç də ermənilərdə milli ruh yaratmayacaq. Erməni rəsmiləri çalışırlar ki, ordudan yayınma halının qarşısını alsınlar. Bunun üçün də öz övladlarını Qarabağa göndərirlər. Hazırda erməni ordusunda fərarilik artır və işğal olunmuş ərazilərə gəlməməyə çalışırlar”.

Son xəbərlər