Воскресенье
окт 30

Sumqayıtda avtomobilini aşıran sürücü öldü

Sumqayıtda avtomobilini aşıran sürücü xəstəxanada vəfat edib.


APA-nın məlumatına görə, hadisə oktyabrın 26-da Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində baş verib.


İdarə etdiyi avtomobili aşıran sürücü 1991-ci il təvəllüdlü Rzayev Toğrul Şahin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, bu gün xəstəxanada vəfat edib.


Meyit aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

Комментарии (0)

Оставить комментарий