30
октября
2022
15:36
Dünyanın ən ucuz elektromobili: Cəmi 100 dollara
Çinin onlayn ticarət platforması olan "Alibaba"da dünyanın ən ucuz elektromobilinin satışına başlanılıb.
BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, o, yalnız bir nəfərin daşınması üçün nəzərdə tutulub.
Elektromobil şəhər yollarında hərəkət etmək üçün bütün lazımi cihazlarla təchiz edilib.
Maksimal sürəti 40 km/saat olan elektromobil birdəfəyə 60 km məsafə qət edir.
Çin istehsalı elektrokarın uzunluğu 2133 mm, eni 900 mm, hündürlüyü isə 1495 mm-ə bərabərdir. Komplektasiya və çatdırılma şərtlərindən asılı olaraq nəqliyyat vasitəsinin qiyməti 100-4000 dollar arasında dəyişir.