Tualetə əsla telefonla girməyin! - Bu xəstəliyə səbəb olur - VİDEO
Maraqlı ve Meslehetli 184

Tualetə əsla telefonla girməyin! - Bu xəstəliyə səbəb olur - VİDEO

Müasir dövrdə demək olar ki, hər kəs telefondan asılı bir vəziyyətə düşüb. Hətta bir çoxlarımız tualetə gedərkən belə telefondan ayrılmaq istəmirik. Ancaq zərərsiz görünən bu vərdiş ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələn, babasil.
Türkiyəli professor Sebahattin Çelik bununla bağlı araşdırma aparıb.
"Babasil geniş yayılan bir xəstəlikdir. Bəzi araşdırmalara görə, 50 yaşdan sonra cəmiyyətin 60 faizi babasildən şikayətlənir. Bununla bərabər mobil telefonlar hər kəsin həyatında var. Sosial mediaya bağlılıq artır. Bəzi xəstələrimizin telefonla hamama getdiyini, bunun hansı problemlərə səbəb olduğunu araşdırdıq. Çalışmaya 1684 nəfər, 882 babasil şikayəti olan və 802 şikayəti olmayan şəxslər qatıldı. Maraqlı nəticələr əldə etdik. Çalışma nəticəsində məlum oldu ki, telefonla tualetə gedənlərin sayı daha çoxdur. Tualetdə uzun müddət qaldıqda anal bölgəyə güc düşür. Bu isə babasilin yaranmasına səbəb olur. Buna görə də babasil şikayətləri artır. Babasil şikayəti olan xəstələrdən 50 faizi telefonla birlikdə tualetə gedir. 26 faizi isə sosial mediada vaxt keçirir. Normalda 2-5 dəqiqə olan halda, daha uzun müddət tualetdə otururlar. Hər kəs bilməlidir ki, telefonla tualetə getmək risk faktorudur".
Qeyd edək ki, babasilin əlamətləri bunlardır:
Nəcisdə parlaq qırmızı qan;
Narahatlıq, qaşınma və anusda xarici cisim;
Tualet kağızı üzərində selik;
Anusdakı şişkinlik;
Nəcisə çıxarkən və ya oturarkən ağrı. (xəzərxəbər)

Son xəbərlər