Tiktok sayəsində varlandılar
Həyat tərzi 195

Tiktok sayəsində varlandılar

İngiltərədən olan sevgililər Maqda Krakovyak və Kevin Pirs eyni mövzuda ifadələr olan paltarlar sataraq varlanıblar.
Milli.Az bildirir ki, bu barədə "The Sun" məlumat verib.
Cütlüyün dediyinə görə, 2021-ci ilin aprel ayında uşaqları ilə daha çox vaxt keçirmək istədikləri üçün evdə biznesə başlamaq qərarına gəliblər və topdansatışçılardan tək rəngli paltarlar və çantalar almağa başlayıblar. Daha sonra onlar hər bir məhsula tikmə və şüarlar əlavə ediblər. Şüarlar qadınların səlahiyyətlərini artırmaq, reproduktiv hüquqlar, abort və patriarxal münasibət kimi feminist mövzularda olub.
Qeyd olunub ki, sevgililər öz brendlərini "Lovera Clothing" adlandırıb və bunun üçün TikTok səhifəsi yaradıblar. Videolardan biri sürətlə yayılıb, bundan sonra ingilislər çoxlu sifarişlər alıb gündə 22 min funt qazandılar və avqustun 8-dən sentyabrın 15-dək olan müddətdə onların gəlirləri 101 032 funttəşkil edib. Nəşr yazıb ki, gələcəkdə Krakovyak və Pirs bizneslərini genişləndirməyi planlaşdırıblar.

Son xəbərlər