Bakıda DƏHŞƏT - Məktəbdə atasını gözləyən 11 yaşlı qız cinsi qısnamaya məruz qaldı - VİDEO
Xeberler 964

Bakıda DƏHŞƏT - Məktəbdə atasını gözləyən 11 yaşlı qız cinsi qısnamaya məruz qaldı - VİDEO

Paytaxtın Nərimanov rayonunda məktəbli qız cinsi qısnamaya məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə avtosfer.az-a məktəblinin atası məlumat verib.
Atanın sözlərinə görə, 11 yaşlı qızı dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib:
"Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalıb, tez özünü məktəbə çatdır. Mən məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb. Həmin şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə yaxasını açaraq onu cinsi qısnamaya məruz qoyub".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, cinsi qısnama iddiaları ilə bağlı Nərimanov Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmalardan sonra həmin şəxsin əməli törədib-törətmədiyi məlum olacaq.

Son xəbərlər