İşə bu paltarlarla getməyin - Ekspert açıqladı
Maraqlı ve Meslehetli 189

İşə bu paltarlarla getməyin - Ekspert açıqladı

Dar açıq rəngli cins şalvarda ofisə işə getmək tövsiyə olunmur.
BiG.AZ xəbər verir ki, bu barədə etiket üzrə ekspert, "Polo & Tweed" işəgötürmə agentliyinin yaradıcısı Lyusi Çellencer ofisdə işləmək üçün uyğun olmayan geyimləri açıqlayıb.
Mütəxəssis bildirib ki, işə cins şalvar geyinmək olar, lakin ilk növbədə onların rəngini və kəsimini nəzərə almaq lazımdır. Onun sözlərinə görə, açıq rəngli cinslər qeyri-rəsmi görünür, tünd olanlar isə daha elegantdır.
Bununla yanaşı ekspertin fikrincə qısa ətəklər və açıq dekoltelər ofis geyimi üçün yaramır.
"Bədəninizlə diqqət çəkməyincəlb etməyin. Dediklərinizlə diqqət çəkin. Bu zaman başqa heç nə ilə deyil, şəxsi keyfiyyətlərinizlə yadda qalacaqsınız" - deyə ekspert məsləhət görüb. O həmçinin siyahıya qısa köynəklər, qamaşlarleqqinslər və şəffaf köynəklər əlavə edib.
Nuranə

Son xəbərlər