23
мая
2023
18:44
Hansı geyimdə insan özünü bədbəxt hiss edir?
Psixoloqların sözlərinə görə, bir çox geyimlər var ki, bizə uğur gətirir, özümüzü daha yaxşı hiss etdirir. Elə geyimlər də var ki, enerjimizi alır və biz bu geyimdə özümüzü əzgin və ya bədbəxt hiss edə bilərik.
"Medicina" xəbər verir ki, psixoloq Aygül Qrandın sözlərinə görə, hər əşyanın, materiyanın enerjisi olduğu kimi geyimin də enerjisi var. Formasını və rəngini itirmiş hər hansı çirkin, səliqəsiz, köhnə paltarlar insana mənfi təsir göstərir.
"Deşilmiş, cırılmış, düymələri düşmüş geyim xüsusi ilə mənfi enerji verir. Bütün bu məhvedici elementlər həyat enerjisini azaldır.
Amma gözəl, dəbli, yüksək statuslu geyimlər, əksinə, biznesdə, işdə uğura gətirib çıxarır. Buna görə qarderobda müntəzəm yoxlama tələb olunur".
Psixoloq Serqey Rozanovun sözlərinə görə isə, bədbəxtliklə əlaqələndirdiyimiz paltarlar bizi bədbəxt edə bilər. Məsələn, dəfələrlə güclü mənfi emosiyalar yaşadığınız paltarları geyinmək olmaz.
"Həmin geyimi yenidən geyinərək, şüuraltı olaraq arzuolunmaz bir vəziyyətin təkrarlanmasını, narahatlıq keçirməsini gözləyə bilərsiniz.
Çətin bir imtahandan uğurla keçdiyiniz xoşbəxt cins şalvar geyindiyiniz zaman bacarıqlı ab-havasına keçirsiz və özünə inamınızı artırırsınız.
Xöşbəxt geyimləri biz özümüz seçə bilərik. Uğurlu hesab etdiyimiz geyim, növbəti hər hansı bir işin arxasınca getdikdə geyinilərsə və buna şüuraltı inancınız da təkan verərsə, bu iş mütləq uğurla başa çatacaq".
Qardirobunuzu tamam dəyişmək, yeniləmək isə köklü dəyişiklik, xoşbəxt həyata doğru ilk addım ola bilər.