47 yaşlı Ancelina Coli hər səhər BUNU YEYİR - ASAN RESEPT
Maraqlı ve Meslehetli 160

47 yaşlı Ancelina Coli hər səhər BUNU YEYİR - ASAN RESEPT

Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli heç vaxt səhər yeməyini buraxmır. Bu, onun üçün əsas yeməkdir. Bəs görəsən, gözəlliyi ilə dillərə düşən 47 yaşlı ulduz gününü hansı yeməklə başlayır?
BiG.AZ xəbər verir ki, o, müsahibələrindən birində ucuz başa gələn və tez hazırlanan səhər yeməyi reseptini bölüşüb.
Lazım olan ərzaqlar:

2 iri yumurta,
150 q bekon və ya vetçina (donuz əti yeməyənlər döyülmüş ət istifadə edə bilərlər)
1 orta ölçülü pomidor
bitki yağı (qızartmaq üçün)
göyərti, duz, istiot (zövqə görə)
Hazırlanma qaydası:

Əti tavada qızardın, üzərinə doğranmış pomidor əlavə edin. 3 dəqiqəyə yaxın qovurun. Üzərinə yumurta əlavə edin (yumurtanın sarısını dağıtmadan, yalnız ağ hissəsini çalın). Tavanın qapağını bağlamadan daha 5 dəqiqə bişirin. Üzərinə, göyərti, duz, istiot və zövqünüzə görə istənilən ədviyyatı əlavə edin.
Natəvan Baxşiyeva


Son xəbərlər