23
октября
2022
17:12
Venesuelada leysan yağışları minlərlə insana zərər vurub
Venesuelanın Sukre əyalətində bir gün əvvəl yağan güclü yağışlar nəticəsində 3800 nəfər və mindən çox evə zərər dəyib.
Bunu qubernator Gilberto Pinto oktyabrın 22-də dövlət televiziya kanalında bildirib.
"Yağışlar Sukre əyalətində ümumilikdə 3776 nəfərə, yəni 1160 ailəyə və 1050 evə təsir edib", - deyə o, bəyan edib.
Merida ştatının qubernatoru Cehison Quzman isə qeyd edib ki, son 72 saat ərzində regionun üç bələdiyyəsində 37 ev, həmçinin 7 bənd zərər görüb. Artıq üç bənd bərpa olunub. Quzmanın sözlərinə görə, bölgədə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.(oxu.az)