19
октября
2022
11:27
33 yaşlı həkimin intiharı ilə bağlı yeni xəbər
İki gün əvvəl Bakının Binə qəsəbəsində Milli Onkologiya Mərkəzinin həkimi, 33 yaşlı Rüstəm Maqsudovun intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, həyət evində qol və qarın nahiyəsinə kəsici alətlə xəsarətlər yetirən həkim hadisə vaxtı əlavə olaraq çoxsaylı dərman həblərini qarışdıraraq içibmiş.
Onun bu yolla ölümünü tezləşdirmək istədiyi ehtimal edilir.
O da məlum olub ki, R.Maqsudov ötən il ailə qurub. Lakin onun izdivacı uğursuz olub və 3 ay sonra boşanıb. Paytaxtın Xətai rayonunda evi olan R.Maqsudovun vaxtaşırı Binədəki evə gedərək orada istirahət etdiyi bildirilir. Hadisədən sonra evdən onun vəsiyyətnaməsi tapılıb.
33 yaşlı həkim məktubunda ölümünüdə heç kimin günahkar olmadığını qeyd edib. O, şəxsi avtomobilini qardaşına bağışladığını da qeyd edib.
Xatırladaq ki, R.Maqsudov Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra 5 il (2015-2020-ci illər) Milli Onkologiya Mərkəzində rezident kimi fəaliyyət göstərib, ixtisaslaşmış xəstəxanada həkim kimi işini davam etdirib. O, intihar etməzdən 1 gün əvvəl işdə olub və günü normal keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.