08
октября
2022
19:36
Çörəkdən niyə imtina etmək olmaz?
Bizim adət etdiyimiz qidaların hamısı pəhriz üçün ideal hesab olunmur. Bəziləri isə əksinə, arıqlamağa mane olur.
Bu barədə "Gazeta.ru"ya tibb elmləri namizədi, neyroendokrinoloq Yuri Poteşkin məlumat verib.
O bildirib ki, bu, daha çox fruktoza olan məhsullara aiddir:
"Fruktoza bədən tərəfindən çox tez emal olunur: hüceyrələrdə asanlıqla qlükozaya çevrilir, qlükoza qana qayıdır və sonra qaraciyərdə kifayət qədər qlikogen varsa, depo üzərində paylanır, yağ kütləsini artırır. Bu məntiqə görə, meyvə suları da zərərli içkilər sırasına daxildir. Odur ki, şirələri bütöv meyvələrlə əvəz etmək tövsiyə edilir. Çünki meyvələrdəki liflər bağırsaqlarda şəkərin udulmasını gecikdirir".
Bəzi faydalı xüsusiyyətlərə malik olsa da, demək olar ki, tamamilə şəkərdən ibarət olan "sağlam məhsul" kimi tanınan baldan sui-istifadə etmək də tövsiyə edilmir. Həkim həmçinin marinə edilmiş mal əti, kolbasa və sosiska kimi yağlı ətləri yeməkdən çəkindirib. Ancaq maraqlıdır, o, çörək, makaron və dənli bitkilərdən imtina etməməyi tövsiyə edib ki, orqanizm sürətli şəkər tələb etməsin./Publika.az