Qoç bürcü
Bürclər 244

Qoç bürcü

Qoç bürcündən olanlarla ilk tanış olduqda intellektual söhbətlərdən başlasanız yaxşıdır. Söhbətə Qoçun başlaması məqsədə uyğundur. Sizin isə onun monoloquna diqqətlə qulaq asan şəxs rolunda çıxış etməyiniz məsləhətdir. Qoçların söhbət əsnasında ozündən razı tonda çıxış etməsi sizi təəccübləndirməsin. Sadəcə olaraq, Qoçlar həmişə ağıllı, cəld, səmimi görünmək istəyirlər. Uşaq kimi səmimidirlər. Onlarla ünsiyyətə girdikdə bu aydın görünür.

Öz fikirlərinizi Qoçlara göstərdikcə nəyin düzgün, nəyin səhv olduğunu onlara bildirməyin. Onlar bunu xoşlamırlar. Sadəcə olaraq «bəlkə belə olsa yaxşıdır» — söyləməniz ən yaxşı variantdır. Qoçlara ən çox «Nə edim?» — sualı ilə müraciət etsəniz, bu onların xoşuna gələ bilər. Məsləhət vermək, öyrətmək Qoçların ən çox sevdiyi məşğuliyyətdir.
Qoçlara tez-tez kompliment söyləməyi, onları tərifləməyi yaddan çıxarmayın. Tərifləmə əsasən xarici görünüşünə, ağlına, istedadına görə olmalıdır.
Əgər siz Qoçlarla görüş təyin etmisizsə, məbadə bu görüşə gecikəsiz. Bu hər şeyi korlaya bilər. Qoçlar çox vaxt özləri məsuliyyətli olmasalar da, insanlarda bunu qiymətləndirə bilirlər. Özü gecikən zaman gecikmənin səbəbini böyük bir hadisə kimi danışacaq. Bu söhbət əsnasında igidliyindən, ağlından necə məharətlə istifadə edib bu görüşə gəldiyini söyləməkdən çəkinməyəcək. Qoçlarla münasibətdə lider olmaqdan çəkinin. Sadəcə olaraq, hər şeydə onunla razılaşın.
Qoç bürcündə doğulan qadınlar da, kişilər də çox aqressivdirlər. Bunu nəzərə alın. Onları hirsləndirməkdən çəkinin. Ailədə Qoçlar başçı olmağı və hər şeyə özləri nəzarət edib qərar verməyi xoşlayırlar.
Kişi Qoçun başqa bürclərlə uyğunluğu
Qoç — Qoç. Hər biri lider olmaq üçün çalışacaq, bu da bir çox narazılıqlara gətirib çıxaracaq. Söz-söhbətlərin əsasında qısqanclıq, inamsızlıq olsa da, qarşı tərəfdən birinin sakitliyi bu münaqişələrə son qoya bilər. Birinci 7 ildə dözümlü olsalar ailə uğurlu olar.
Qoç — Buğa. Qoç öz hissləri ilə yaşayan və hərəkət edən bürc olduğundan, Buğaların hər şeyi ölçüb-biçib hərəkət etməsi Qoçları əsəbiləşdirəcək. Bu uyğunsuzluq münasibətlərin korlanmasına gətirib çıxaracaq. Qarşılıqlı simpatiya uzun müddətli deyil.
Qoç — Əkizlər. Bu bürclərin uyğunluğu və bir-birini başa düşməsi mümkündür. Hər iki bürcün sahibləri impulsiv, eyniliyi sevməyən, daim yenilik axtaran olduğundan münasibətləri mümkündür. Yaranan ailə uğurlu ola bilər.
Qoç — Xərçəng. Uzun müddətli ailə bu bürc sahiblərinin münasibətində çox vaxt mümkün olmur. Onlar hər bir mənasız, boş şeylərin üstündə dalaşacaqlar. Bir-birini başa düşməməsi bu bürclərin uyğunsuzluğu ilə əlaqədardır.
Qoç — Şir. Temperament baxımından bir-birinə uyğundurlar. Onların dueti mümkündür. Narazılıqlar çox vaxt ailədə kimin lider olması ilə əlaqədardır. Ailə münasibətlərinin ideal olması o vaxt mümkündür ki, Şirlər Qoçların hökmranlığı altına keçsinlər.
Qoç — Qız. Bunların ailə münasibətləri problemlidir. Dostluq münasibətləri də daimi deyil. Bu bürc sahiblərinin ünsiyyəti yalnız işgüzarlıq səviyyəsindədir.
Qoç — Tərəzi. Ünsürlərinin, xarakterlərinin fərqli olmasına baxmayaraq, ünsiyyət mümkündür. Xarakterlərində olan mənfi xüsusiyyətləri gizlədib yox etmək şərtilə yaxın münasibətləri alınır.
Qoç — Əqrəb. Hər iki bürcün sahibləri yüksək fiziki enerjiyə malikdirlər. İşgüzar, səmimidirlər, amma hər ikisinin dözümsüzlüyü ailədə bir çox problemlərin yaranmasına gətirib çıxarır. İlk baxışdan yaranan məhəbbət, sonradan daimi mübahisəyə və anlaşılmazlıqlara gətirib çıxarır.
Qoç — Oxatan. Bir-birinə uyğundurlar. Onlarda ailə, dostluq, işgüzarlıq münasibətləri alınır. Hər ikisində oxşar cəhətlər var. Bir sözlə, hər şey əla olacaq. Yaranan cüzi problemlər həll olunan və müvəqqətidir.
Qoç — Oğlaq. Xarakter baxımından, ünsür baxımından bu bürc sahibləri bir-birindən fərqlənir. Onlar çox nadir hallarda ailə qururlar. Bir-birinin əksi olduqlarından dostluqları da tutmur.
Qoç — Dolça. Əgər bu bürclərin sahibləri ailə qurubsa, problemləri yox deyil. Dolçanın passivliyi, sakitliyi Qoçun dominantlığına əsas verir. Əgər bu ailə sevgi əsasında qurulmayıbsa, münasibətlərin mövcudluğu sual altındadır.
Qoç — Balıqlar. Bu bürc sahiblərinin ailə münasibətlərini uğurlu saymaq olmaz. Bir-birinə simpatiyaları olsa da, ailə münasibətləri üçün uyarlı cütlük deyil. Çünki, Balıqların sakit, təmiz ürəyi Qoçların dözümsüzlükləri ilə uyğun gəlmir. Onlar bir-birini heç vaxt başa düşməyəcəklər.
Qədim türkcə — Quzu;
Farsca — Berre; Qədim yunanca — Krios
Latınca — Aries; Ərəbcə — Həməl, Kəbş; Rusca — Oven
Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun  SEVGİLİNİ TANIYIRSANMI? kitabından


 Həmçinin bax: Qoç bürcünün xüsusiyyətləri 

Son xəbərlər