Bu əlamət sizin ölümünüzə səbəb ola bilər – DİQQƏTLİ OLUN
Sağlam ol 205

Bu əlamət sizin ölümünüzə səbəb ola bilər – DİQQƏTLİ OLUN

Təngnəfəslik və hava çatışmazlığı əlaməti bir çox insanlarda müşahidə edilir.
Bu zaman insan istədiyi qədər ciyər dolusu nəfəs almağa çalışır, amma qəbul etdiyi hava onu yetərincə təmin etmir. Bu əlamətə bir çox xroniki xəstəlikləri olanlarda rast gəlinir.
Nəfəs alıb-verərkən ağciyərləri və bütün orqanizmin oksigenlə təmin olunmaması insanda təngnəfəsliyə səbəb olur.
1. Hava çatışmazlığına səbəb olan amillərdən ən başda gələni nəfəs yollarının xəstəliyidir ki, bunlardan ən birincisi bronxial astma xəstəliyidir. Ağciyərin ostruktiv bronxit xəstəliyi, allergiya xəstəliyi də hava çatışmazlığına səbəb olur. Bu xəstəliklər səbəbindən baş verən təngnəfəslik və hava çatışmazlığını aradan qaldırmaq üçün baş vermə səbəbini mütləq aydınlaşdırmaq və müalicə almaq lazımdır.
2. Ürək xəstəlikləri də təngnəfəsliyə və hava çatışmazlıqlarına səbəb olur. Ürək-damar çatışmazlıqları, koronar arteriyaların çatışmazlığı, ürək genişlənməsi, yüksək arterial təzyiq də hava çatışmazlığına səbəb olan amillərdən hesab edilir. Daha ağır patologiyaların baş verməməsi üçün mütləq həkimə müraciət etmək lazımdır.
3. Psixoloji vəziyyətlər (qayğı pozğunluqları, həddindən artıq həyəcanlanma, həddindən çox qorxu hissinin olması, panika halları) hava çatışmazlığına və təngnəfəsliyə səbəb olan amillərdəndir.
4. Nevroloji problemlər (beyin travmaları, beyin damarlarında baş verən patologiyalar) hava çatışmazlığına səbəb olur.
5. Bəzi dərmanlar (ağrıkəsicilər, antibiotiklər, allergiya dərmanları) bəzən təngnəfəsliyə səbəb ola bilir.
6. Hündür yerlərdə uzun müddət qalmaq (dağda) oksigen çatmazlığına və təngnəfəsliyə səbəb ola bilir. Bu havada oksigen azlığı olması səbəbindən ağciyərlərin oksigenlə yetərincə qidalanmaması səbəbindən baş verir.
7. Qanazlığı zamanı toxumaların hemoqlabinlə yetərincə qidalanmaması ağciyərlərin orqanizmin tələbatına olan ehtiyacını ödəməsi üçün artıq çalışmasına səbəb olur ki, bu da təngnəfəsliyə səbəb olur.
8. Ağciyərdaxili qan damarlarının tutulması təngnəfəsliyə və hava çatışmazlığılna səbəb olur. Bu bəzən xəstənin ölümünə səbəb ola bilir.
9. Bəzi ağciyər xəstəlikləri ağciyərlərin qan dövranının pozulmasına səbəb olur ki, bu zaman təngnəfəslik və hava çatışmazlığı baş verə bilir.
10. Qabırğalarda baş verən sınıqlar, vərəm, skolyoz nəfəsalmanı çətinləşdirir.
Mütəxəssislər təngnəfəsliyin və hava çatışmazlığının insan orqanizmi üçün təhlükəli olduğunu qeyd edərək bu əlamətlərin aşkar edildiyi zaman mütləq həkimə müraciət etməyi məsləhət bilir. Çünki bu əlamətlər insanın ölümünə səbəb ola bilər.

Son xəbərlər