29
сентября
2022
19:18
Bakıda motosiklet və skuter qəzasına düşənlərin sayı açıqlandı
Son bir ayda motosiklet, moped və skuter qəzası nəticəsində yaralanan 54 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
Mərkəzin Mətbuat xidmətindən BiG.AZ-a verilən xəbərə görə, yaralılardan 5-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. 49 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Yaralılardan 24-ü motosiklet, 7-si moped, 23-ü isə skuter qəzasından gəlib.
KTM-in Təcili tibbi yardım şöbəsinin müdiri Aydın Əlizadənin sözlərinə görə, motosiklet, moped və skuter qəzalarının sayı hər ay daha da artır:
"Əvvəllər skuter qəzalarına rast gəlinmirdi. Lakin indi skuterdən yıxılma ilə bağlı şöbəyə tez-tez müraciətlər olur. Əksəriyət bu qəzalarda müxtəlif travmalar alır. Bəziləri ilkin tibbi müdaxilə göstərdikdən sonra evə buraxılır. Həmçinin, moped və motosiklet qəzalarının da sayı hər ay durmadan artır. Qəzaya düşən gənclərin çoxu kuryerliklə məşğul olur. Lakin bilərəkdən yüksək sürətlə qəzaya səbəb olanlar da az deyil".