28
сентября
2022
21:57
Qrip epidemiyası dünyanı qorxuya salıb: “Qışda “virus fırtınası olacaq”
Avstraliyada sürətlə yayılan qrip epidemiyası digər ölkələrdə təşvişə səbəb olub.
Sfera.az bildirir ki, mütəxəssislər H3N2 ştamının bu il bir çox ölkədə sürətlə yayılacağı və bunun böhrana səbəb olacağını deyiblər. Artıq Böyük Britaniya son illərin ən böyük epidemiyasına hazırlaşmağa başlayıb. Qeyd olunub ki, mövsümi qrip koronavirusla birləşərək bu qış böyük fırtınaya çevriləcək. Mütəxəssislər, bu il qrip mövsümünün gözləniləndən daha erkən gələcəyini və çox daha sərt olacağını vurğulayıblar. Onlar “virus fırtınası” çərçivəsində 20 min insanın həyatını itirə, on minlərlə insanın xəstəxanalara yerləşdirilə biləcəyini düşünürlər.
Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) vətəndaşlara bununla bağlı xəbərdarlıq edib və onları “sərt qış”ın gözlədiyini bildirib. Agentlik rəsmiləri insanları peyvənd vurdurmağa çağırıb. UKHSA-nın baş tibbi məsləhətçisi Susan Hopkins isə bu qış həm qripin, həm də koronavirusun ölümcül təhlükə yaradacağına dair güclü əlamətlərin olduğunu deyib: “Pandemiya zamanı insanlar normaldan daha az sosiallaşıb. Mövsümi qripə qarşı təbii immunitetin aşağı düşməsindən narahatıq. Bu o deməkdir ki, insanlar bu qışda qripin öhdəsindən çətin gələcək və səhiyyə sisteminin üzərinə ciddi yük düşəcək. Ona görədə sizə peyvənd təklif edildikdə irəliyə doğru addım atın”.

Qeyd edək ki, İngiltərədə 5 il əvvəl baş verən son ağır qrip epidemiyasında 20 min insan ölüb, 40 min nəfər xəstəxanalara yerləşdirilib.