11
мая
2020
11:46
Qripə yoluxmamaq üçün bunlara ƏMƏL EDİN
Qrip bir neçə günə keçən xəstəlik kimi görünsə də, bəzən ciddi fəsadlar törədib ölümcül ola bilir.
MAY.AZ xəbər verir ki, bütün dünyada hava yolu ilə keçən qrip xüsusilə payız, qış aylarında daha çox müşahidə olunur. Qripə yoluxan bir çox insan bu xəstəliyin müalicəsini önəmsəməsə də, əslində, insan bədənində ağır fəsadlara səbəb ola bilər. Qrip virusu ən tez yayılan və insanı yoluxduran viruslardandır. Buna görə də qrip olan insanla təmasdan çəkinməli və həmin insanın əşyalarına, toxunduğu qapı, pəncərə dəstəklərinə toxunmaq olmaz. Uşaqları qrip viruslarından xüsusilə uzaq tutmaq lazımdır. Çünki onlar qripi böyüklərə nisbətən daha ağır keçirirlər. Əgər sağlam insan qripə yoluxubsa, iki həftə ərzində tam sağalma müşahidə olunur. Bu insanlar üçün qızdırma əleyhinə dərmanlar, ağrı kəsicilər, boğaz üçün həblər sağalmalarına kifayət edə bilər. Yox əgər qripə yoluxan xəstədə sağalma müşahidə olunmazsa, nəfəs darlığı, dodaqlarda, barmaqlarda göyərmə olarsa, qızdırma düşməzsə, səsdə xırıltı olarsa, dərhal həkimə müraciət olunmalıdır.
Belə ki, 16 yaşdan aşağı uşaqlar üçün temperaturu salmaq, ağrını kəsmək üçün aspirin istifadə olunmamalıdır. Əks halda ciddi fəsadlar əmələ gələ bilər. (ölkə.az)