07
июля
2018
13:20
Dənizdən tapılan iki cəsədin kimliyi bilindi
Bakıda ötən gün axşam saatlarında Pirşağı çimərliyində dənizdə batan şəxslərin adları məlum olub.
MAY.AZ apa-ya istinadla xəbər verir ki, onlar – 1997-ci il təvəllüdlü Əli Rüstəm oğlu Əbdürrəhmanov, 1998-ci il təvəllüdlü Nizami Namiq oğlu Qasımov və 1991-ci il təvəllüdlü Hüseyn Muxtar oğlu Kərimovdur.
Xilasedicilər onlardan ikisinin – Ə. Əbdürrəhmanov və N. Qasımovun meyitlərini taparaq sudan çıxarıb. H. Kərimovun axtarışları davam etdirilir.