Hans Flik "Barselona"da 10 illik göstəricini təkrarlayıb

Hans Flik "Barselona"da 10 illik göstəricini təkrarlayıb
İdman 4

Hans-Diter Flik "Barselona"dakı karyerasına üç qələbə ilə başlayıb.

Oxu.Az xəbər verir ki, "Barselona" La Liqanın III turunda "Rayo Valekano"nu 2:1 hesabı ilə məğlub edib.

Bunadək kataloniyalılar "Valensiya" və "Atletik"i də eyni hesabla üstələyiblər. "Barselona"da keçirdiyi ilk üç matçda qələbə qazanan sonuncu baş məşqçi Luis Enrike olub.

O, 10 il əvvəl - 2014-cü ildə belə uğura imza atıb. 1988-ci ildən sonrakı müddətdə isə Yohan Kroyff, Karles Reşak və Tito Vilanova da buna nail olublar.

Qeyd edək ki, növbəti oyunda "Barselona" "Valyadolid"i qəbul edəcək. Bu görüş avqustun 31-də keçiriləcək.


Oxşar xəbərlər

Son xəbərlər

Кликните на изображение чтобы обновить код, если он неразборчив