Anomal istidən ölənlərin sayı 54 nəfərə çatıb - Kanadada
Hava 880

Anomal istidən ölənlərin sayı 54 nəfərə çatıb - Kanadada

Anomal istidən ölənlərin sayı 54 nəfərə çatıb - Kanadada


Kanadada bir neçə gündür davam edən anomal istidən ölənlərin sayı 54 nəfərə çatıb.

MAY.AZ dünya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyi açıqlama verib. Nazirlik ölənlərin sayının artacağının istisna olunmadığını bildirib.

Ölkənin bəzi ərazilərində temperatur 40 dərəcəyə çatıb. Kvebek əyalətinin səhiyyə naziri Lüsi Çarlbua Monreal şəhərində 28, ümumilikdə isə ölkədə 50 nəfərin istidən öldüyünü təsdiqləyib.

Ölkə hakimiyyəti güclü istilərlə bağlı təcili tədbirlər görür. Şəhərin təcili yardım xidmətinə çox sayda zənglər daxil olub.

Yanğınsöndürmə xidmətinin əməkdaşları yaşılllığın az olduğu rayonlarda yaşan sakinlərin evlərini ziyarət edir və onlara daha sərin yerlərə təxliyə edilmələrini təklif edirlər.

Monreal şəhərində 2010-cu ildən güclü istilər 106 nəfərin ölümünə səbəb olub.

Qeyd edək ki, Azərbaycanda həftə ərzində anomal istilərdə havanın temperaturu 44 dərəcəyədək yüksəlmişdi. Anomal istilərlə yanaşı elektrik və suyun kəsilməsi insanları daha çətin vəziyyətə salmışdı.

Son xəbərlər