"Elmar Vəliyevi və ailəsini Gəncədən çıxarmaq istəyirlər" - Güllələnən icra başçısı haqda yeni xəbər
Xeberler 625

"Elmar Vəliyevi və ailəsini Gəncədən çıxarmaq istəyirlər" - Güllələnən icra başçısı haqda yeni xəbər

"Elmar Vəliyevi və ailəsini Gəncədən çıxarmaq istəyirlər" - Güllələnən icra başçısı haqda yeni xəbər


Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Bununla bağlı Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Yunis Səfərov bundan əvvəl də Elmar Vəliyevi öldürmək istəyib. Bundan əlavə o Suriya döyüşlərində də iştirak edib.


"Elmar Vəliyevi və ailəsini Gəncədən çıxarmaq istəyirlər" - Güllələnən icra başçısı haqda yeni xəbər



Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fazil Mustafa Bildirib ki, bu, siyasi-ideoloji xarakterli terrordur:

“Bu, birbaşa Elmar Vəliyevin xurafat əleyhinə atdığı addımlara qarşı kənardan planlanmış bir aksiyadır. Bu, şəxsi motivlər və hansısa bir təhqirə görülən verilən cavab deyil. Belə insanlar Azərbaycanda sabitliyi pozmağa çalışırlar. Camaatı icra hakimiyyətinin qarşısına çağırırlar ki, Elmar Vəliyevi və ailəsini Gəncədən çıxarsınlar. Bütün bunlar bizə 1993-cü ilin Gəncə qiyamını xatırladır. Saytlara və sosial şəbəkələrdəki statuslara fikir verəndə görürsən ki, bu, səbəbsiz deyil. Bəlli oldu ki, bu, kənarda təlim görmüş bir şəxsdir. Bizim cəmiyyət də hadisə baş verəndə mahiyyətini araşdırmadan hamı hay-küylə qiymət verməyə çalışır. Düşünürəm ki, dövlət qurumları sərt davranmalı və bu şəbəkənin ortaya çıxması üçün çalışmalıdır. Biz də dövlət qurumlarını dəstəkləməliyik. Prezidentin təyin etdiyi icra başçısından narazı olmaq olar. Davranışı və yaxud da hansısa addımı xoşa gəlməyə bilər. Bir icra başçısının qətlə yetirilməsi cəmiyyətdə xaos və qarşılıq yaratmaq üçün düşünülmüş bir addımdır. Mən buna fərdi qaydada yanaşmıram. Çünki burda təkcə bir icra başçısının taleyindən söhbət getmir. Burada söhbət dövlətin taleyindən gedir. Əgər nöqsanlar varsa, bunu dövlət başçısı düzəldər. Nöqsanlara yol verən deputatları prezident özü dəfələrlə cəzalandırıb. Amma məsələnin bu cür həll edilməsi məntiqə sıxmır. Bunun qarşısı zamanında alınmalıdır”.

Aysel Yusifqızı

Son xəbərlər