06
июля
2018
21:01
Elektrik və su sistemlərinə hücumlar olacaq - Kəşfiyyat dəqiq tarixi və planı açıqladı
“Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın futbol üzrə dünya çempionatından sonra yeni hücumunu gözləyirlər”.
Kəşfiyyatın əməkdaşları elektrik sistemi və ya su təminatı sistemi kimi strateji infrastruktur obyektlərinə kiberhücumun növbəti cəhdindən özlərini qoruyurlar.
“Bu, ciddi məsələdir. Düşmən dövlətlərin, həmçinin Rusiyanın hücum ehtimalına görə sayıqlıq, sözsüz ki, mövcuddur”, - mənbə deyib.
Nəşrə danışan yüksək vəzifəli hərbçi isə hücumun çempionat zamanı həyata keçiriləcəyini istisna etməyib:
“Kreml dünyanın diqqətinin beynəlxalq idman hadisəsinə yönəldiyi vaxt hücum etməyə meyillidir. Rusiyanın davranışında qanunauyğunluq var. O Gürcüstan və Krıma beynəlxalq idman tədbirləri zamanı soxuldu”.