04
июля
2018
21:29
Suriyanın cənubunda atəşkəs görüşləri nəticəsiz qaldı
Rus və hərbi müxalifət heyətlərinin, Dera və Kuneytra rayonlarında geniş atəşkəsin təmin olunması üçün apardığı görüş heç bir nəticə verməyib
May.az xarici məbuata istinadən xəbər verir ki, Suriyanın cənub-qərbindəki Dera Kuneytra rayonlarında geniş atəşkəsin təmin olunması üçün Rusiya ilə atəşkəs danışıqlarını aparan silahlı müxaliflər arasında razılıq əldə olunmayıb.
Deradaki hərbi müxaliflərin nümayəndələri ilə Rus nümayəndə heyəti bu gün Derada bir araya gələrək, Dera və Kuneytrada daimi atəşkəsin şərtlərini müzakirə edib. Derada Rusiya aparılan danışıqların nəticə vermədiyini açıqlayıb.
Heyət, Rusiyanın müxaliflərinin əlindəki ağır silahların hamısının bir anda verilməsini istəmədiyini, ancaq yerlərindən didərgin salınan vətəndaşların evlərinə qayıtması və rejim ilə İran dəstəkli qrupların 10 İyundan sonra Derada ələ keçirdikləri yerlərdən çıxarılması tələblərinin Rusiya tərəfindən qəbul edilməməsi ilə razılığa gəlinmədiyi bildirilib.
Rusiya ilə günorta saatlarında görüşən müxalifət heyəti, rejim ordusu və təhlükəsizlik qüvvələrinin cənubdakı bölgələrə daxil olmaması üçün öhdəlik istəmişdi. Vətəndaşların evlərinə yenidən qayıtması və məhbusların sərbəst buraxılmasını istəyən müxaliflər, atəşkəsin bərqərar olmasıtəqdirində əllərindəki ağır silahları mərhələli şəkildə təslim etməyi təklif etmişdi.