Əflatun Amaşov Elmar Vəliyevə silahlı hücum edilməsi xəbərlərinə MÜNASİBƏT BİLDİRDİ
Xeberler 676

Əflatun Amaşov Elmar Vəliyevə silahlı hücum edilməsi xəbərlərinə MÜNASİBƏT BİLDİRDİ

Əflatun Amaşov Elmar Vəliyevə silahlı hücum edilməsi xəbərlərinə MÜNASİBƏT BİLDİRDİ


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücumla bağlı yanlış məlumatlar yayılmaqdadır.

BAKU.WS xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib. Qurum sədri icra başçısının yalandan ölüm xəbərlərini yayanları sərt tənqid edib.

“Silahlı hücum həqiqətən də olub və bunu edən şəxs saxlanılıb. Hadisə nəticəsində icra başçısının mühafizəçisi yaralanıb. Onun özünün vəziyyəti yaxşıdır.

Lakin bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə profilləri E.Vəliyevin həyatını itirdiyinə dair deyilənləri fakt kimi ictimailəşdirməyə çalışırlar.

Bir qrup isə məsələni dünən və bu gün ölkədə yaranmış elektrik enerjisi problemi ilə əlaqələndirərək öncəgörücülük edir, mülahizələr yürüdürlər”.

Əflatun Amaşov deyir ki, söhbət ölkənin ikinci böyük şəhərinin ölkə Prezidenti tərəfindən təyin edilmiş başçısından gedir:

“Hazırkı durumda jurnalist peşəkarlığı yalnız rəsmi məlumatlara istinaddan, dedi-qodulara əhəmiyyət verməməkdən keçir. Çox istərdim ki, media təmsilçilərimiz buna xüsusi diqqət yetirsinlər. Cəmiyyətdə çaşqınlıq yarada bilmə ehtimalı yüksək olan fikir və düşüncələrin ictimai rəydə reallıq kimi qəbul olunmaması son dərəcə vacibdir”.

Son xəbərlər