Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları işləyirmi? - RƏSMİ AÇIQLAMA
Xeberler 744

Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları işləyirmi? - RƏSMİ AÇIQLAMA

Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları işləyirmi? - RƏSMİ AÇIQLAMA


İyulun 4-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakıdan bölgələrə gedən və bölgələrdən Bakı Sərnişin Stansiyasına gələn sərnişin qatarlarının hərəkətində gecikmələr qeydə alınır.

MAY.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Astara-Horadiz-Bakı sərnişin qatarı vaxtında, Böyük Kəsik-Bakı sərnişin qatarı bir saat yarım gecikmə ilə artıq Bakı Sərnişin Stansiyasına çatıb. Digər sərnişin qatarları gecikmələrlə Bakıya gəlməkdədir.

Bu gün Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları cədvəl üzrə hərəkət edir. Yaranmış sərnişin sıxlığını aradan qaldırmaq üçün, gün ərzində iki dəfə olmaqla, bu istiqamətdə ikiqruplu qatar xəttə buraxılır.

Son xəbərlər