12
апреля
2024
10:57
Milyarder qadına ölüm hökmü verildi
Vyetnamda əmlak maqnatı Truonq May Lan ölkənin ən böyük banklarından birini 11 il ərzində talamaqda günahlandırılaraq ölüm cəzasına məhkum edilib.
Lent.az xəbər verir ki, bu barədə Vyetnam Xalq Məhkəməsi məlumat yayıb.
Məhkəmə sənədlərində deyilir ki, o, Saiqon kommersiya bankından 44 milyard dollar kredit götürüb və 27 milyard dollar geri qaytarmalı imiş, lakin pul geri ödənməyib.
Ölkənin ən varlı qadınlarından biri olan 67 yaşlı Truonq May Lan ittihamları rədd edib və apellyasiya şikayəti verəcəyini bildirib.